Başı qalda olan deputat danışdı
1-10-2012, 14:05
Oxunub: 6 214
Gülər Əhmədova: "Sıra Elşad Abdullayevdədir"
“Mən heç yerə getməmişəm, Bakıdayam, evimdəyəm. İstintaqa kömək məqsədilə deputatıq mandatından könüllü imtina etmişəm. Sıravi vətəndaş kimi ölkədə yaşamağa davam edirəm”. Bu sözləri açıqlamasında Gülər Əhmədova ölkədən qaçması barədə məlumatlara münasibət bildirərkən deyib.
G. Əhmədova Elşad Abdullayevin istintaqa gəlməsini və məsələlərin hüquqi müstəvidə araşdırılmasını gözləyir: “İndi sıra Elşad Abduillayevdədir. Qoy bu, məktublaşma və videolaşma oyununu dayandırıb, istintaqa gəlsin, bütün suallara hüquq müstəvisində aydınlıq gətirilsin”.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər