BolgeXeber.Com » Siyasət » Rusiya Donanması Bakıya niyə gəlir?

Rusiya Donanması Bakıya niyə gəlir?

9-10-2012, 07:45
Oxunub: 5 355 Səfər Xəzərdə Rusiya və Azərbaycan dənizçiləri arasında dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək məqsədi daşıyır

Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələri Xəzər Donanmasının gəmiləri - kontr-admiral S.Q.Alyokminskinin bayrağı altında “Tatarıstan” flaqman gəmisi və MB-58 dəniz yedək gəmisi oktyabrın 9-11-də Azərbaycanda olacaq.
Rusiya səfirliyindən bildirilib ki, Rusiyanın HDQ-nin Xəzər Donanmasının gəmiləri oktyabrın 9-da günorta Bakı limanına daxil olacaq. Səfər Xəzərdə Rusiya və Azərbaycan dənizçiləri arasında dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək məqsədi daşıyır.
Səfər proqramında işgüzar görüşlər, təcrübə mübadiləsi, Rusiya dənizçilərinin Bakının görməli yerləri ilə tanışlığı, birgə idman tədbirləri nəzərdə tutulub.
Oktyabrın 10-da “Tatarıstan” gəmisi müvafiq reqlamentə uyğun olaraq Bakı sakinləri üçün açıq olacaq. Oktyabrın 11-də Xəzər Donanmasının gəmiləri Bakı limanını tərk edəcək.