BolgeXeber.Com » Siyasət » “Azərbaycanda da dəyişiklik olacaq”

“Azərbaycanda da dəyişiklik olacaq”

14-10-2012, 00:05
Oxunub: 5 790 Tahir Abbaslı: "Gürcüstanda gedən demokratik dəyişikliklərin buraya sirayət etməməsi mümkün deyil"

"Müxalifətin Parlamentin buraxılması tələbi ilə keçirmək istədiyi aksiyanı dəstəkləyirəm. Çünki biz də islamçı demokrat olaraq bu təklifi vermişdik. Hesab edirik ki, Azərbaycanda parlament saxta yollarla formalaşdırılıb". Bu fikirləri AİDP sədri Tahir Abbaslı TİA.AZ-a verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, bunu Gülər Əhmədova ilə bağlı video da sübut etdi: "Çünki o konkret adlarla, konkret siyahılarla danışdı. Biz əvvəldən demişdik ki, parlament təyinatla olur. Bu video isə təsdiqlədi ki, təyinatlar həm də böyük məbləğli pulla reallaşdırılırmış".
Abbaslı hesab edir ki, bu, Azərbaycanda vəziyyətin pisləşməməsi üçün hakimiyyətin atacağı yeganə normal addım ola bilər: "Prezident seçkisi ərəfəsində belə bir addımın atılması demokratiya nümunəsi ola bilər. Bu gec, ya da tez baş verəcək. Gürcüstanda gedən demokratik dəyişikliklərin buraya sirayət etməməsi mümkün deyil".