"ABŞ-ın addımı müsbətdir, amma yetərli deyil" - Ərdoğan
8-04-2017, 09:17
Oxunub: 4 475
"Bu gecə Amerikanın Aralıq dənizindəki gəmilərindən İdlibə qarşı kimyəvi hücumun həyata keçirildiyi aviabazaya hücum edildi. Suriya aviabazası vuruldu. Suriyanın törətdiyi müharibə cinayətlərinə qarşı atılmış bir addım olaraq bunu müsbət qarşıladığımızı buradan elan etmək istəyirəm".
Bolgexeber.com-un NTV-yə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədindəki Hatay şəhərində keçirdiyi mitinqdə çıxışında deyib. O bildirib ki, Türkiyə Suriya xalqının təhlükəsizliyini təmin edən bütün təşəbbüsləri dəstəkləyir: “Suriya rejimi İdlibdə vəhşi qətliam törədib, günahsız, müdafiəsiz uşaqlar kimyəvi silahlarla qətlə yetirilib. İnsanları qətlə yetirənlərin özünü təhlükəsiz hiss etməyə haqqı yoxdur. Heç kəs insan qətlini İŞİD-lə mübarizə pərdəsi altında gizlədə bilməz".
R. T. Ərdoğan ABŞ-ın addımını yetərli görmədiyini də söyləyib: "Mən bunu yetərli görmürəm. Davam etdirmək zorundayıq. Artıq məzlum Suriya xalqını qorumaq üçün hər sahədə addımlar atılmasının zamanı gəlib. Bizə görə, son hadisələr Suriyada terrordan azad edilmiş təhlükəsizlik zonaları yaratmaq barədə mövqeyimizin haqlı olduğunu ortaya qoydu".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər