BolgeXeber.Com » Siyasət » Aleksey Navalnı: Bütün avtokratik rejimlərin əvvəl-axır sonu gəlir, Putin də istisna deyil...

Aleksey Navalnı: Bütün avtokratik rejimlərin əvvəl-axır sonu gəlir, Putin də istisna deyil...

2-05-2017, 18:48
Oxunub: 3 626 Aleksey Navalnı: Bütün avtokratik rejimlərin əvvəl-axır sonu gəlir, Putin də istisna deyil...Krımın işğalı, Suriyada ard-arda qazanılan qələbələr, dünyanı Rusiya həqiqəti ilə hesablaşmağa məcbur etmək...bütün bunlar Putini rusların gözündə yeganə, əvəzedilməz, qüdrətli lider edir

Bu gün onun nüfuzu və Rusiyanın gələcəyi ilə bağlı gətirdiyi arqumentlər qarşısında müqavimət göstərə biləcək siyasi qüvvə demək olar ki, yox səviyyəsindədir.

Son dövrlərə qədər Rusiyada müxalifətin varlığından danışan olmayıb. Putin rejimi müxtəlif vasitələrlə özünə rəqib gördüyü siyasi simaları bu və ya digər şəkildə səhnədən uzaqlaşdırmağı bacarıb.

Lakin ölkə iqtisadiyyatının zəifləməsi və bunu fonunda tüğyan edən korrupsiya siyasətdə yeni sifətlərin parlamasına gətirib çıxarıb.

Şübhəsiz, bu gün Rusiya müxalif kəsiminin ən üzdə olan nümayəndəsi Aleksey Navalnı sayıla bilr.

Qərb mətbuatının Navalnıya olan diqqəti təsadüf deyil. Rusiyanın siyasi proseslərə aktiv şəkildə müdaxilə etdiyi demokratik ABŞ və Avropadan fərqli olaraq Putin rejimi daha qapalı xarakter daşıyır və Navalnı kimilər Qərb üçün az qala düz divarda kiçik çıxıntı rolunu oynayır.

Britaniyanın “The Guardian” qəzeti onunla bağlı geniş yazı hazırlayıb.

Navalnı özü yazı müəllifi Şon Uolkerə Rusiyanın siyasi landşaftını dəyişdirmək niyyətini gizlətməyib. O, baş nazir Medvedevi bədbəxt və mənasız adam adlandırıb.

Uolker rusiyalı müxalifətçi ilə Çelyabinskə səfər də edib. Orada Aleksey Navalnı yeni dağ-mədən zənginləşdirici kombinatın tikintisinə etiraz mitinqində iştirak etməli imiş.

“Mitinqin keçirildiyi bağçanın həyəti ətrafı xüsusi təyinatlı polislərlə dolu 5 avtobus, habelə yeri gələndə tədbiri dağıtmaq üçün istifadə olunan idmançı görkəmli oğlanlarla sarılmışdı. Navalnı gələn kimi onlar “Rəzil, rədd ol” şüarlarını qışqırmağa başladılar.


Aleksey Navalnı isə tribunadan onlara səslənib: “Məni istəmirsinizsə, seçkidə səs verməyin. Bu gün mən gedəcəm, amma kombinat olduğu kimi qalacaq və torpaqlarınız zəhərlənməkdə davam edəcək. Maraqlıdır ki, bundan sonra həmin insanlar susub onu dinləməyə başladı”.

“Navalnının liberalizm, millətçilik və populizm kokteylinə bənzəyən fikirləri artıq bir çox yerdə öz dəstəyini tapır”, - müəllif qeyd edir.
Məqalədə Rusiya ictimaiyyətində Navalnını hələ də Kremlin adamı olduğu barədə fikirlərin qüvvətli olduğu vurğulanıb: “Necə ola bilər...başqaları bu qədər əzilmişkən o hələ də ayaqdadır?...”

“Lənətə gəlmiş sarsaqlar!”- Navalnı özü bu iddialara qəzəblə reaksiya verir: “Məni sadəcə asanlıqla həbs edəcəkləri anda bunu bacarmadılar...indi bu proses daha da çətinləşib”.

Hələ ki Navalnıya qarşı susqun vəziyyətdə görünən Kreml ənənəvi üsullarla hücuma keçir. Bu yaxınlarda Navalnının gözünə “zelyonka” kimi tanınan kimyəvi yaşıl məhlul atılıb və onun gözü zədələnib.

Bundan başqa, youtube-da onun nasist salamı verdiyi görüntülər yer alıb.


Şon Uolker Navalnının bu görüntülərdən narahat olmadığını, əksinə, hətta məmnun qaldığını qeyd edir.

“Yəqin ki, o, liberal kəsimin onsuz da arxasında durduğunu zənn edib, özünün anti-miqrant ritorikası ilə əhalinin digər təbəqələrinə açılmağı düşünür”, - The Guardian yazır.

Qəzet Navalnının iyun ayının 12-də ümumrusiya etirazı elan etdiyini qeyd edir.

“Həmin gün iştirakçıların sayı aprel ayındakı etiraz aksiyalarının hansı dərəcədə müvəffəqiyyətli olduğunu və Kreml üçün yaranan təhlükənin səviyyəsini nümayiş etdirəcək”,- Şon Uolker yazır.


“Kremlin iddia etdiyi kimi, Rusiyadakı istənilən siyasi dəyişikliyin ölkə üçün fəlakətə gətirib çıxaracağı riski varmı”- sualına Navalnı belə cavab verib:

“Əlbəttə ki, rejim müqavimət göstərməyə davam edəcək. Lakin bütün avtokratik rejimlərin də həmişə sonu gəlir. 2012-ci ildə mən Putin rejiminə 2 il ömür vermişdim. Yanıldığıma görə daha falçılıqla məşğul olmuram. Lakin əvvəl-axır hər şey bitəcək”,- Navalnı əminliyni ifadə edib.

Musavat.com
Aleksey Navalnı: Bütün avtokratik rejimlərin əvvəl-axır sonu gəlir, Putin də istisna deyil...
Aleksey Navalnı: Bütün avtokratik rejimlərin əvvəl-axır sonu gəlir, Putin də istisna deyil...
Aleksey Navalnı: Bütün avtokratik rejimlərin əvvəl-axır sonu gəlir, Putin də istisna deyil...