BolgeXeber.Com » Siyasət » Makron prezident seçildi - Fransız xalqı kef eləyir-VİDEO

Makron prezident seçildi - Fransız xalqı kef eləyir-VİDEO

8-05-2017, 11:17
Oxunub: 3 423 Makron prezident seçildi - Fransız xalqı kef eləyir-VİDEOFransa prezidenti İmmanuel Makron seçildi

Moderator.az günorta saatlarında Makronun 20 faiz üstünlüklə qələbə çalacağının proqnozunu verəndə güman edirdik ki, xəsislik etməmişik. Nəticələrdən isə məlum olur ki, Fransanın yeni prezidenti rəqibinə 34 faizlik üstünlüklə qalib gəlib. Bu cür nikbin nəticəni yəqin Makronun tərəfdarları da gözləmirdi.
Marin Le Pen rəqibini qələbə münasibətilə təbrik edib. Bu nəticəyə görə Almaniya kansleri Angela Merkeli də təbrik etmək yerinə düşər. Avropa Birliyinin qorunmasının və gücləməsinin tərəfdarı olan İ.Makron bu siyasətin başında duran Angela Merkelin gücünə güc qatmış oldu. Rusiya rəhbərliyinin, eləcə də Böyük Britaniyanın baş naziri Tereza Meyin gözlədikləri alınmadı. Bizimsə dərdimiz, təbii Qarabağdır. Fransanın yeni prezidenti ilə diplomatiyamızın “dil tapmasını” arzulamaq ümidilə, Qarabağ probleminin həlli yolunda Minsk qrupunun üzvü ölkə kimi ondan konstuktiv siyasət gözləyirik.
Makron prezident seçildi - Fransız xalqı kef eləyir-VİDEO
Makron prezident seçildi - Fransız xalqı kef eləyir-VİDEO