Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev saxlanılıb
6-11-2012, 09:40
Oxunub: 6 952
Azad Mürsəliyevin ölkədən çıxışına qadağa qoyulub
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev saxlanılıb.
Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, hadisə noyabrın 2-də gecə saatlarında hava limanında baş verib. Azad Mürsəliyev həmin gün Türkiyəyə gedirmiş. Lakin aeroportda sərhəd xidmətinin əməkdaşları onun ölkədən çıxışına imkan verməyiblər.
Məlumata görə, Azad Mürsəliyev həmin gecə səhərə qədər hava limanında saxlanılıb. Sonradan ona bildirilib ki, barəsində ölkəni tərk etməmək barədə qərar var. Lakin belə bir qərarın hansı səbəbdən verildiyi məlum deyil.
Qeyd edək ki, Azad Mürsəliyev Elşad Abdullayevin bacısı oğlu olmaqla yanaşı, həm də qanuni nümayəndəsidir. Onun ölkədən çıxmasına yasaq qoyulmasının məhz bu faktorla bağlı olduğu ehtimal edilir.
Xatırladaq ki, Elşad Abdullayev son iki ayda yaydığı qalmaqallı videolarla, açıqladığı şok faktlarla gündəmdən düşmür. Onun bacısı oğlunun ölkədən çıxmasına heç bir ciddi əsas olmadan qadağa qoyulması haqda qərarın sabiq rektorun susması üçün ona qarşı təzyiqlərin tərkib hissəsi olduğu istisna deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər