BolgeXeber.Com » Siyasət » Ölkədə vətəndaş müharibəsi gedir: 56 ölü, 1000 yaralı - VİDEO

Ölkədə vətəndaş müharibəsi gedir: 56 ölü, 1000 yaralı - VİDEO

25-05-2017, 14:36
Oxunub: 3 082 Ölkədə vətəndaş müharibəsi gedir: 56 ölü, 1000 yaralı - VİDEOVenesuelanın paytaxtı Karakasda prezidenti Nikolas Maduroya qarşı keçirilən etiraz aksiyalarında toqquşmalar zamanı daha bir nəfər ölüb

Beləliklə nümayişçilərin təhlükəsizlik gücləri və prezidentin tərəfdarları arasında baş verən toqquşmalarda ölənlərin sayı 56-ya çatıb.
Toqquşmalarda təxminən 1000 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, aprelin əvvəlində Ali Məhkəmə Milli Məclisin (parlament) hakimiyyətini məhdudlaşdırdıqdan sonra müxalifət (müxalifət parlamentdə əksəriyyət təşkil edir - red.) kütləvi etiraz aksiyalarına başlayıb. Qərar sonradan ləğv edilib, amma müxalifət tərəfdarları Ali Məhkəmə üzvlərinin istefası və növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi ilə küçələrə çıxıblar.
Xatırladaq ki, mayın əvvəlində Nikolas Maduro Milli Müəssislər Məclisinin çağırışı haqqında fərmanı imzalayıb. Müxalifət qərarı konstitusiyanın pozulması və dövlət çevrilişi adlandırıb. Müxalifətin liderlərindən biri Enrike Kapriles insanları dövlət başçısının qərarına tabe olmamağa çağırıb.
Artıq bir neçə aydır ki, Venesuela dərin siyasi böhrandadır. Mühafizəkar və sağ müxalifət dövlət başçısını ciddi iqtisadi problemlərdə ittiham edir. Müxalifət Maduronun prezident postundan kənarlaşdırılması haqqında referendumun keçirilməsini tələb edir. Prezidentin səlahiyyət müddəti 2018-ci ildə başa çatır.
Venesuela prezidenti daha əvvəl hökumət və müxalifət arasında dialoqun yenilənməsinə hazır olduğunu deyib. Əvvəlki danışıqlar Vatikanın vasitəçiliyi ilə aparılırdı. Amma danışıqlar ötən ilin dekabrında nəticəsiz başa çatıb. Hakimiyyət növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını qəti surətdə istisna edir.