Aleksey Navalnıy 30 sutkalıq həbs cəzası alıb
13-06-2017, 09:52
Oxunub: 4 378
Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) lideri Aleksey Navalnıy 30 sutka həbs cəzası alıb
Bolgexeber.com-un APA-ya istinadən verdiyi xəbərə görə, Moskvanın Simonov məhkəməsi razılaşdırılmamış aksiyalara çağırış və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirdiyinə görə A.Navalnıyə 30 sutkalıq inzibati həbs verib.
Ötən gün Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçirilib. Aksiyasın təşkilatçısı A.Navalnıy son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər meriyası ilə razılaşdırılmayıb. A. Navalnıy aksiyanın keçirilməsinə bir neçə saat qalmış yaşadığı evin qarşısında saxlanılıb.
İyunun 12-də Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında azı 650 nəfər saxlanılıb. Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər