Ərdoğan: “Mühafizəçilər məni qorumayacaqsa, onları niyə Amerikaya aparıram?”
16-06-2017, 09:21
Oxunub: 4 754
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ polisinin onun mühafizəçilərinin həbsinə dair order verməsinə sərt reaksiya verib
“Report”un məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib.
Türkiyə dövlətinin başçısı bildirib ki, ABŞ polisi Türkiyə vətəndaşlarından ikisini qanunsuz olaraq həbs edib. “Bu necə bir qanundur, bu necə bir hüquqdur? Mühafizəçilər məni qorumayacaqsa, mən nə üçün onları yanımda Amerikaya aparıram? Mən özümü Amerikanın Hansı və Corcumu ilə qoruyacağam?” – deyə
prezident bildirib.
Qeyd edək ki, Vaşinqton polisinin rəhbəri Piter Nyuzem və mer Myurel Bouzer keçirdikləri birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika paytaxtındakı qarşıdurmada iştirak etmiş mühafizəçilərinin həbsinə dair order verdiklərini bildiriblər.
Ərdoğanın axtarışa verilən mühafizəçilərinin sayı 9 nəfərdir. Onlardan üçü türk polisinin zabiti, daha ikisi isə Kanada vətəndaşlarıdır.
ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb və Vaşinqtonun nümayəndəsinə Ərdoğanın mühafizəçilərinin həbsinə dair orderlə bağlı etiraz bildirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər