Fransanın yeni parlamentinə 158 qadın deputat seçilib
19-06-2017, 10:26
Oxunub: 4 167
"İpsos/Sopra Steria” sorğu şirkətinin Paris vaxtı ilə saat 22:00-a olan hesablamalarına görə, Fransada keçirilən parlament seçkilərinin 2-ci turunda "İrəli, respublika” hərəkatı və Demokratik Hərəkat Partiyası birlikdə Milli Assambleyada 577 yerdən 361-ni əldə edib
Respublikaçılar Partiyası Müstəqillər və Demokratlar Birliyi və digər sağçı partiyalarla birlikdə 126, Sosialistlər, Radikal Solçu və digər solçu partiyalar 46, "Fəth edilməyən Fransa” hərəkatı 16, Kommunist Partiyası 10, Milli Cəbhə Partiyası 10 yer qazanıb.
Fransa Daxili İşlər Nazirliyinin verdiyi ilkin məlumata əsasən, "İrəli, respublika” hərəkatı 41.64 faiz, Respublikaçılar Partiyası 22.8 faiz, Milli Cəbhə Partiyası 10.31 faiz, Müstəqil Demokratlar Birliyi 6.52 faiz, Sosialist Partiyası 6.07 faiz, Müstəqillər və Demokratlar Birliyi 3.25 faiz, "Fəth edilməyən Fransa” Partiyası 3 faiz, müxtəlif sağçı partiyalar 1.95 faiz, müxtəlif solçu partiyalar 1.57 faiz, Kommunist Partiyası 1.34 faiz, Regionçular Partiyası 0.96 faiz, radikal sollar 0.45 faiz, ekoloqlar 0.16 faiz, radikal sağçılar 0.13 faiz və digər kiçik partiyalar isə 0.55 faiz səs toplayıb.
Xatırladaq ki, parlament seçkilərinin 2-ci turunda seçicilərin 57-58 faizi səsvermədə iştirak etməyib.
İlkin məlumatlara əsasən, bu seçkilərdən sonra Milli Assambleyaya 158 qadın deputat seçilib ki, bu da Fransa tarixində yeni rekorddur. 2012-ci ildə keçirilmiş parlament seçkilərindən sonra Milli Assambleyanın 577 deputatından 155-i qadın olmuşdu. (AZƏRTAC)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər