Tramp Polşanın Rusiya qazından asılı olmamasına kömək vəd etdi
6-07-2017, 16:02
Oxunub: 4 513
ABŞ prezidenti Donald Trump polşalı həmkarı Andrzej Duda ilə görüşdən sonra Polşanın Rusiya qazından asılı olmamasına kömək vəd edib
Bu barədə iyulun 6-da Azadlıq Radiosunun müxbiri Varşavadan xəbər verir.
Polşa prezidenti bildirib ki, görüşdə Şərqi Avropa və ümumilikdə regionda təhlükəsizlik məsələləri, həmçinin bu il Belarusda keçiriləcək “Zapad-2017” hərbi təlimləri müzakirə olunub.
Duda bildirib ki, Donald Trump Polşanın təhlükəsizliyi haqda çox ciddi düşünür.
O, ABŞ-ın Polşanın loyal müttəfiqi olduğunu vurğulayıb.
Qeyd edək ki, artıq Polşaya ABŞ-dan ilk sıxılmış qaz tankeri gəlib.
Bundan başqa tərəflər iyulun 6-da Varşavada ABŞ istehsalı olan “Patriot” raket sistemləri alınması ilə bağlı memorandum imzalayıblar.
Prezidentlər birgə mətbuat konfransından sonra “3 dəniz təşəbbüsü” qrupu ölkələrinin sammitinə yollanıblar.
Bu qrupa Baltik, Adriatik və Qara dənizə çıxışı olan 10-dan çox ölkə daxildir.
Donaldd Trump “Böyük 20-lər ölkələri”nin sammitinə qatılmaq üçün günün sonunda Varşavadan Hamburqa yollanacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər