BolgeXeber.Com » Siyasət » Sabiq deputatın oğlunun işdən çıxarılmasının səbəbi gizlədilir

Sabiq deputatın oğlunun işdən çıxarılmasının səbəbi gizlədilir

23-11-2012, 12:55
Oxunub: 6 341 Milli Məclisin sabiq deputatı, mərhum Şadman Hüseynin oğlu Şaiq Hüseynli tutduğu vəzifədən azad olunub.

Bolgexeber.com-un əldə etdiyi məlumata görə, Ş.Hüseynli Xətai Rayon Məhkəməsində çalışıb və bu yaxınlarda işdən çıxarılıb. Şaiq Hüseynlinin işdən çıxarılmasının səbəbi gizlədilir.

Xatırladaq ki, 1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə seçilən Şadman Hüseyn daha sonra partiyadan ayrılaraq, 2003-cü ildə əlavə seçkilər zamanı mandat qazanıb. Lakin qəfil ürəktutmasından vəfat edən millət vəkili deputatlıq müddətini başa vura bilməyib.