Sabiq baş prokurora Bakıdan çıxmamaq qadağası
24-11-2012, 12:30
Oxunub: 6 143
Azərbaycanın sabiq baş prokuror İxtiyar Şirin hüquq-mühafizə orqanlarında, ələlxüsus məhkəmə hakimiyyətində və prokurorluq orqanlarında ciddi islahatların aparılmasına tərəfdar olduğunu bəyan edib.
O, bildirib ki, Azərbaycanda hüquq elmini və öz işini bilən kifayət qədər peşəkar hüquqşünaslar var və bu baxımdan da kadr çatışmazlığı problemi yoxdur. Onun fikrincə, öz işini yaxşı bilən hüquqşünasları həmin orqanlarda məsul vəzifələrə gətirmək lazımdır ki, bu sistemdə dəyişiklik yaratsınlar: “Mən istəyirəm və arzu edirəm ki, belə islahatlar aparılsın”.
Sabiq baş prokuror prokurorluqdan şikayət də edib. Onun sözlərindən belə məlum olub ki, 1993-cü ildə Gəncədə baş verən qiyamla bağlı açılan cinayət işi onun normal yaşaması və fəaliyyət göstərməsi üçün əngəl olub. Çünki onunla bağlı iş faktiki olaraq “Gəncə” işindən ayrılıb və ayrıca baxılır: “Son 20 ildə mənə qarşı qanunsuz hərəkətlər edilir. Bu gün mənim Azərbaycandan çıxmağıma yasaq qoyulub. Heç bir cinayət olmadığı halda qərar qəbul edərək mənim ölkədən və paytaxtdan çıxmağıma qadağa qoyublar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər