Anar Məmmədova Amerikadan sərt reaksiya
28-11-2012, 13:20
Oxunub: 5 981
“Qafqazda ən çox ad çıxarmış korrupsioner məmurlardan birinin oğlu...”
Amerikanın Vircinia ştatında qubernator tərəfindən təyin olunan İnsan Haqları Şurasının doqquz üzvündən biri - Azərbaycan əsilli Con Amiral öz “Facebook” səhifəsində Ziya Məmmədovun oğlu Anar Məmmədovun Vaşinqton macərasından yazıb. Con Amiralın qeydini ReAL-ın sədri İlqar Məmmədov öz bloqunda paylaşıb.
"Dünyanın hər yerindən bəzi ən çox korrupsiya bulaşmış rəsmilər və onların ailə üzvləri Vaşinqtonda ən təsirli insanlardır artıq. Qafqazda ən çox ad çıxarmış korrupsioner məmurlardan birinin oğlu - 31 yaşlı Anar Məmmədov özünün 70 milyon dollarlıq şəxsi təyyarəsində Vaşinqtona gələndə ABŞ Konqresinin onlarla üzvü onu salamalamaq üçün sıraya düzülür. Əcaba, bu ABŞ rəsmiləri bizim veteranları və ya hətta öz seçicilərini bu qədər həvəslə salamlamağa çıxardılarmı?", - deyə Con Amiral yazıb.
Amiral sonra şərhində qeyd edib ki, o Anar Məmmədovu qarşılayan konqresmenlərdən izahat istəyəcək. (azadliq.info)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər