BolgeXeber.Com » Siyasət » Azərbaycan girovun azad olunması zamanı Ermənistanı prosedurdan kənara çıxmaqda ittiham edib
Azərbaycan girovun azad olunması zamanı Ermənistanı prosedurdan kənara çıxmaqda ittiham edib
30-11-2012, 13:35
Oxunub: 5 463
“Erməni tərəfi bu barədə bir gün öncə açıqlama verib, proses günü jurnalistlərin iştirakına şərait yaradıb və görüş yerinə silahlı hərbçilərlə gəlib”
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın müvafiq qurumlarını Qazax rayon sakini Telman Əliyevin girovluqdan azad olunması zamanı razılaşdırılmış prosedurdan kənara çıxmaqda ittiham edib.
Bolgexeber.com-un Komissiyanın rəsmi saytına istinadən məlumatına görə, noyabrın 12-də Ermənistan hərbçiləri tərəfindən girov götürülən Telman Əliyevin bu gün geri qaytarılması insidentsiz başa çatsa da, erməni tərəfi əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxaraq bir gün öncə bu barədə açıqlama verib, proses günü jurnalistlərin iştirakına şərait yaradıb və görüş yerinə silahlı hərbçilərlə gəlib: “Bununla əlaqədar Dövlət Komissiyası yerindəcə iradını bildirib və bu irad Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Ermənistanın Dövlət Komissiyasının prosesdə iştirak edən əməkdaşlarının diqqətinə çatdırılıb. BQXK-də öz növbəsində Ermənistan Respublikasının Dövlət Komissiyasını bu addımdan çəkindirməyə səy göstərib, lakin buna müvəffəq ola bilməyib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər