BolgeXeber.Com » Siyasət » Elşad Abdullayev Bakıdadır?

Elşad Abdullayev Bakıdadır?

3-12-2012, 16:25
Oxunub: 4 941 ABU-nun sabiq rektoru, son vaxtlar qalmaqallı videogörüntülər yaymaqla gündəmdə olan Elşad Abdullayev Bakıya gəlib.

“Olaylar”ın məlumatına görə, Elşad Abdullayev dekabrın 3-də saat 12:50 radələrində Bakı Beynəlxalq Hava Limanında olub. Sabiq universitet rektoru hava limanından qara rəngli “Mercedes” markalı avtomobillə hava limanını tərk edib. Hazırda Elşad Abdullayevin Bakıda olduğu bildirilir.

Elşad Abdullayevin sabiq millət vəkili Gülər Əhmədova, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev və digər məmurlarla bağlı yaydığı videogörüntülər və qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin sabiq mayoru Mahir Abdullayevin oğurlanması işi ilə bağlı dindirləcəyi bildirilir. Mənbənin məlumatına görə, Elşad Abdullayev öz razılığı ilə Bakıya gəlib və onun təhlükəsizliyinə tam təminat verilib.

Məlumatı hüquq mühafizə orqanları və digər əlaqədar qurumlarla dəqqiləşdirməyə çalışacağıq.