Yeni müavinlərin səlahiyyəti bəlli deyil
5-12-2012, 11:55
Oxunub: 4 989
Son dəyişikliklərin kadr islahatı olmadığı haqda qənaət var
Prezident Administrasiyasının rəhbərinin müavini institutunun yaradılması cəmiyyətin hakimiyyətdən tələb etdiyi kadr dəyişikliyi islahatı deyil. Bu, sadəcə Prezident Administrasiyasında bəzi şöbə müdirlərinin səlahiyyətlərinin artırılmasıdır. Bolgexeber.com bildirir ki, bu barədə Turan-a Prezident Administrasiyasına yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda Prezident Administrasiyasının müavinlik institutunun əsasnaməsi hazırlanır. “Əsasnamədə ölkənin milli təhlükəsizliyi və prezidentin qəbul etdiyi sənədlərin icrasına nəzarət mexanizminin daha çevik həyata keçirilməsi əksini tapacaq. Belə ki, administrasiya rəhbərlərinin müavinləri hərbi və təhlükəsizlik orqanlarının, yerli icra hakimiyyətlərinin, o cümlədən nazirlərin, komitə sədrlərinin və diplomatik missiyaların prezidentin qərarlarının yerinə yetirilməsi vəziyyətinə nəzarət etmək səlahiyyətinə malik olacaq. Müavinlər həmçinin hökumət qurumlarının, hərbi, təhlükəsizlik orqanlarının, diplomatik missiyaların işini koordinasiya edəcək. Bundan başqa onların birgə iştirakı ilə mütəmadi olaraq toplantılar keçirib ortaya çıxan problemlərin həlli üçün qərarlar qəbul etmək səlahiyyətinə malik olacaq”, - mənbə bildirib.
Xatırladaq ki, ötən həftə prezident İlham Əliyev Prezident Administrasiyasının rəhbərinin dörd müavinini təyin edib. Sərəncama görə, Əli Əsədov (prezidentin iqtisadi məsələlər üzrə köməkçisi), Novruz Məmmədov (xarici əlaqələr şöbəsinin müdiri), Zeynal Nağdəliyev (regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi), Vahid Əliyev (prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi) Prezident Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər