Hindistan da arakanlı müsəlmanlara zülm etməyə başladı
21-09-2017, 12:11
Oxunub: 4 188
"India Today"in yüksək çinli hökumət rəsmisinin açıqlamasına istinadən yaydığı xəbərdə, milli təhlükəsizliyə böyük təhdid kimi görünən arakanlı müsəlmanların axınının qarşısını almaq məqsədilə dəniz sərhədində kəşfiyyat təyyarələri və patrul gəmilərinin fəaliyyətə başladığı qeyd olunub
Hindistan hökuməti bu həftənin əvvəlində də Ali Məhkəmə vasitəsi ilə arakanlı müsəlmanların milli təhlükəsizliyə böyük təhdid yaratdığı açıqlamasını yaymışdı.
Hakimiyyətdəki sağçı Bharatiya Janata Partiyasının bəyanatında Myanmardan qaçan müsəlmanların Hindistanda yaşayan buddistlərə qarşı zorakılıq hərəkətlərinə yol verəcəyi barədə narahatlıq səsləndirilmişdi.
Hindistanlı vəkil Praşant Bhuşan isə verdiyi açıqlamada Hindistan hökumətinin iddialarının heç bir sübuta əsaslanmadığını söyləyib.
Myanmardan qaçan müsəlmanların Hindistanın daha çox Andhra Pradeş, Manipur, Rajasthan, Uttar Pradeş, Dehli, Maharaştra, Rajasthan və Haryana ştatlarında yaşadığı bildirilir.
Myanmardan 2012-ci ildə qaçan Feyzullah jurnalistlərə açıqlamasında, "Myanmarda çox əziyyət çəkdiyimiz üçün burada yaşamaq istəyirik. Burada əmin-amanlıqdan başqa bir şeyimiz yoxdur", - deyib.
Kiçik bir dükan işlədən Abdülrahim isə, "Hindistan bizə çox kömək etdi. Ümid edirəm ki, buradan deportasiya etməyəcəklər. Biz sülhsevər insanlarıq və terrorçu təşkilatlarla hər hansı bir əlaqəmiz yoxdur", - deyə bildirib.
Hindistanlı nazir Kiren Rijiju ötən ay parlamentə müraciətində mərkəzi hökumətin ştatlarda qeyri-qanuni yaşayan arakanlı müsəlmanları aşkar etməsi və deportasiya prosesinə başlamasını istədiyini açıqlamışdı./FaktXəbər
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər