BolgeXeber.Com » Siyasət » Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlandı -Merkel qalib gəldi
Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlandı -Merkel qalib gəldi
25-09-2017, 10:02
Oxunub: 4 505
Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib qalıb gəlib
Bolgexeber.com-un verdiyi xəbərə görə, bu barədə Almaniya MSK-nın məlumatında bildirilir.
Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%.
Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%) , Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar.
Qeyd edək ki, Sosialist Demokrat Partiyası 1949-cu ildən bəri ən aşağı nəticə göstərib. Miqrantlara qarşı sərt mövqeyi ilə seçilən sağçı Almaniya üçün Alternativ Partiyası isə tarixində ən yüksək göstəriciyə nail olub. Almaniya qanunveriliciyinə əsasən, yeni formalaşacaq parlament ölkə kanslerini seçəcək.
***
Almaniya Mərkəzi Seçki Komissiyası sentyabrın 24-də ölkədə keçirilmiş parlament seçkilərinin ilkin nəticələri açıqlayıb.
Hazırda 25 seçki dairəsinin nəticələri hesablanıb.
İlk yeri səslərin 38%-ni toplayan Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı tutur. İkinci yerdə Sosial-Demokrat (19,4%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 11,7%.
Azad Demokratik Partiya 10,3% , Yaşıllar Partiyası 7,3%, Sol Partiya 5,8% səs toplayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər