Baş Prokurorluqdan rəsmi açıqlama gəlib...
6-12-2012, 17:15
Oxunub: 4 876
APA-nın yayımladığı məlumatı Baş Prokurorluq qəti şəkildə təkzib etdi. Televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlərlə bağlı Baş Prokurorluqda komissiya yaradılması ilə əlaqədar mətbuatda gedən xəbərlərə Prokurorluqdan rəsmi açıqlama gəlib.
Prokurorluğun mətbuat xidmətindən bolgexeber.com-a daxil olan məlumat bildirilir ki, Azəri-Press Agentliyi (APA) tərəfindən yayılan informasiyalar həqiqəti əks etdirmir və məlumat qəti şəkildə təkzib olunur.
Qeyd edək ki, agentliyin yazdığı məlumatda bildirilirdi ki, komissiya hökumətin göstərişi ilə formalaşdırılıb: “Hökumət Baş Prokurorluğa müraciət edərək, televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlər zamanı müəyyən qanun pozuntularının (təqsirləndirilən şəxsi günahkar kimi təqdim etmək, onlar haqqında məcburi videoçəkiliş aparmaq, qəza nəticəsində ölən şəxslərin meyitinin açıq şəkildə göstərilməsi və s.) baş verdiyini əsas gətirərək, konkret təkliflər istəyib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər