Hakimiyyət rüşvət qadağasini gücləndirir
13-02-2011, 13:25
Oxunub: 7 400
Notariuslara və VTEK-lərə qəti tapşırıq: “Rüşvət alan həbs olunacaq”; ünvanlı sosial yardımla bağlı ciddi araşdırmalar başlayıb
Misirdə başlayan xalq üsyanlarının 18 günün tamamında Mübarəkin 31 illik hakimiyyətinə son qoyması Azərbaycanda da həyəcan yaradıb. Hakimiyyətin bütün sahələrində və bütün qatlarında ciddi proseslər başlayıb. Rüşvət, korrupsiya, özbaşınalıq etirafları əməli tədbirlərlə əvəzlənə bilər. Belə ki, dünən Gəncədə Ədliyyə Nazirliyinin analitik informasiya idarəsinin rəhbəri Azər Cəfərovun rəhbərliyi ilə notariuslara zona müşavirəsi keçirilib. Müşavirə son günlər başladılan antikorrupsiya kampaniyası çərçivəsində baş tutub. Tədbirdə hamıya qəti şəkildə tapşırılıb ki, heç kim rüşvət almasın. Hətta tapşırıq daha sərt xarakter daşıyıb və bəyan edilib ki, rüşvət alan həbs olunacaq. Xəbəri redaksiyamıza müşavirədə iştirak edən məmurlardan biri verib.
Bizə məlum olan daha bir xəbərə görə, bütün rayonların VTEK-lərinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi Sosial Ekspert Komissiyası) təkrar tapşırılıb ki, xəstələrdən rüşvət almayın. Eyni xəbərdarlıq VTEK rəhbərlərinə də edilib. Bildirilib ki, vətəndaşların müraciətlərinə mümkün qədər tez və tam obyektiv baxılsın, süründürməçiliyə, rüşvətxorluğa yol verilməsin: “Lazım gəlsə, xəstələrin üz gözündən də öpün, yola salın”, kimi əcaib tapşırıqlar da verilib. Əks təqdirdə, ilk şikayət əsasındaca işdən çıxarılma və həbs cəzası gözləyir.
Ünvanlı sosial yardımla bağlı da eyni proses başlayıb. Məlumatlara görə, rayonlarda ƏƏSMN şöbələrinə aztəminatlı ailələrin müəyyənləşdirilməsi, onlara ünvanlı sosial yardımların ayrılması prosesinin tezləşdirilməsi göstərişi verilib. Maraqlıdır ki, proses Azərbaycanın Qərb rayonlarında daha geniş vüsət alıb. Artıq o istiqamətdə aztəminatlı əhali ilə fərdi danışıqlara, ünvanlı sosial yardımı ala bilməməyindən şikayətlənən vətəndaşlarla görüşlərə başlanılıb.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev də bu günlərdə ölkənin Qərb regionuna səfəri zamanı vətəndaşları bu kimi problemlərlə mübarizəyə səsləyib. Prezident bildirib ki, nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır: “Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik. Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilib, sərəncamlar imzalanıb. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün, biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq”.
Çox Oxunanlar
- 21-12-2024, 17:57 : Salatlarla bağlı BÖYÜK TƏHLÜKƏ
Sosial / Xəbərlər
- 17-12-2024, 10:59 : Lamin Yamal karyerasındakı əsas hədəfini açıqlayıb
İdman
- 18-12-2024, 09:34 : FİFA ilin ən yaxşılarını açıqladı
İdman
- 18-12-2024, 13:52 : UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq
İdman / Xəbərlər
- 21-12-2024, 16:52 : Məşhur boksçu həyatınl itirdi
İdman / Xəbərlər
- 17-12-2024, 13:28 : Ronaldo federasiya prezidenti olmaq istəyir
İdman
- 19-12-2024, 09:36 : Sutkada 8 saat yatmayan insan 20 ilə belə olacaq
Sosial
- 20-12-2024, 09:52 : Azərbaycanda yayılan virus bu şəxslər üçün təhlükəlidir - XƏBƏRDRLIQ
Sosial
- 3-01-2025, 17:57 : Azər Baxşalıyeva böyrək köçürüləcək?
Şou-Biznes / Xəbərlər
- 23-12-2024, 14:59 : Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!
Sosial