Xələf Xələfov: “Ermənistan destruktiv siyasət yürüdür”
20-10-2017, 19:22
Oxunub: 4 940
Xarici işlər nazirinin müavini Xələf Xələfov Litva Seyminin sədr müavini xanım İrena Şiaulienenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir müavini iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində Litva ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq təcrübəsinin mövcud olduğunu bildirib.
X.Xələfov 26-27 oktyabr tarixlərində Vilnüsdə Azərbaycan və Litva hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
X.Xələfov həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfi məlumatlandıraraq, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davam etdiyini və rəsmi Yerevanın destruktiv siyasət yürütdüyünü diqqətinə çatdırıb.
Parlamentlərarası əlaqələrə toxunan X.Xələfov Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciətin qəbul edilməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
İrena Şiauliene Azərbaycanın böyük layihələrin təşəbbüskarı və iştirakçısı kimi mühüm rolunu təqdir edib. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin böyük rolu olduğunu vurğulayan İ.Şiauliene, Azərbaycan və Litva parlamentarilərinin Baltik, GUAM parlament assambleyalarında uğurla əməkdaşlıq etdiklərini, Litva Seymində 65 nəfərdən ibarət ən böyük dostluq qrupunun məhz Azərbaycanla olmasının ikitərəfli əlaqələrimizin bariz göstəricisi olduğunu qeyd edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər