Səfər Əbiyev Moskvada hansı gizli sənədə imza atıb? İddia
12-12-2012, 11:20
Oxunub: 5 410
Rusiya Müdafiə Nazirliyindəki mənbə: “MDB Müdafiə Nazirləri Şurasının iclasında Azərbaycan bir sənədə imza atıb” .
Rusiya paytaxtında Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan-Rusiya hərbi əməkdaşlığı və Qəbələ RLS-lə bağlı məsələlər müzakirə olunub. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, görüşdə Azərbaycan və Rusiya müdafiə nazirləri növbəti 1 il üçün hərbi əməkdaşlıq planı haqqında sənədə imza atıblar.
Mənbə onu da bildirib ki, MDB müdafiə nazirlərinin iclasında Azərbaycan tərəfi yalnız 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin 70 illiyinin qeyd olunması üçün hazırlıq haqqında sənəd olub.
Bundan başqa, Səfər Əbiyev Belarus, Qazaxıstan və Qırğızıstan müdafiə nazirləri ilə də ikitərəfli görüş keçirib. Görüşlərdə Azərbaycanla bu ölkələr arasında növbəti 1 il üçün hərbi əməkdaşlıq planı haqqında sənəd imzalanıb.
Qeyd edək ki, MDB ölkələri müdafiə nazirlərinin görüşündə hava hücumundan vahid müdafiə sisteminin yaradılması, silahlı qüvvələrinin metroloji təminatının təkmilləşdirilməsi, Müdafiə nazirliklərinin beynəlxalq hərbi əməkdaşlıq orqanlarının qarşılıqlı fəaliyyəti, mühəndislər korpusunun birgə fəaliyyət göstərməsi, mühəndis avadanlıqlarının modernləşdirilməsi və təmiri, vahid arxiv kataloqunun formalaşdırılması və s. məsələlər müzakirə olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər