Eynulla Fətullayevə verilən məlumatlar yalan çıxdı
14-12-2012, 18:35
Oxunub: 5 970
Əli Kərimlini öldürmək tapşırığı alan Bəhlul Muradov 2006-cı ilin noyabrın 12-dək həbsxanada olmayıb
Xəbər verildiyi kimi, dekabrın 13-də "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev AXCP sədri Əli Kərimliyə qarşı sui-qəsd planı ilə bağlı bir neçə gün öncə müraciəti yayılmış, sonra da müraciətindən imtina etmiş Bəhlul Muradovla görüşüb. B.Muradov hazırda 7 saylı cəzaçəkmə müəssisəsində (CM) saxlanılır. E.Fətullayev həmçinin həmin müraciətdə adı keçən, “Millətim” qəzetinin təsisçisi və baş məsləhətçisi, hazırda 12 saylı CM-də saxlanan Ramiz Tağıyevlə də görüşüb (R.Tağıyev əvvəl 7 saylı CM-də saxlanılıb, B.Muradovun müraciəti yayılandan sonra isə 12 saylı CM-ə göndərilib).
Xatırladaq ki, B.Muradov “Millətim” qəzetinə göndərdiyi və ölkə mediasında tirajlanan müraciətində MTN-in 2006-cı ildə AXCP sədri Əli Kərimliyə sui-qəsd hazırladığı və özünün bu əməliyyata cəlb olunduğunu təfərrüatı ilə açıqlamışdı.
E.Fətullayevin apardığı araşdırma zamanı isə bəlli olub ki, B.Muradov 2000, 2002, 2004 və 2009-cu illərdə müxtəlif cinayətlərə görə məhkum edilib və nəql etdiyi hadisə zamanı da həbsdə olub. E.Fətullayevə verilən rəsmi məlumatlara görə, B.Muradov 2006-cı il noyabrın 12-nə qədər 9 saylı CM-də cəza çəkib və 12 noyabr 2006-cı ildə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilib.
Hüquq müdafiəçisinə yalan məlumat veriblər
Lakin "Azadlıq"ın araşdırmaları zamanı Bəhlul Muradovun həmin vaxt azadlıqda olduğu üzə çıxıb. 2006-cı ilin noyabrın 12-nə qədər 9 saylı CM-də cəza çəkdiyi iddia edilən B.Muradov 2006-cı ilin avqustun 2-də Azadlıq Hərəkatçıları Birliyinin Gənc Hərəkatçılar Təşkilatının sədri kimi Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. "İndiki ipoteka krediti gənclərin problemini həll etmək iqtidarında deyil" mövzusunda keçirilən həmin mətbuat konfransı bir sıra media quruluşlarında, o cümlədən "azerphoto.com" saytında işıqlandırılıb. Tədbirdən fotolar da verilib.
Bundan başqa, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov "telegraf.com"a bildirib ki, Bəhlul Muradov təşkilata 2006-cı ilin iyununda gəlib: "2005-ci ildə Azadlıq Hərəkatçıları Birliyi yox idi. Birlik 2006-cı ilin yanvarında təsis olunub, apreldə qeydiyyata alınandan sonra fəaliyyətə başlayıb. Bəhlul Muradov isə 2005-ci ildə həbsxanada idi. 2006-cı ilin iyun ayında onu İdarə Heyətinin üzvlərindən biri yanıma gətirib və onun məsləhəti ilə gənclər təşkilatına sədr seçmişik".
Bütün bunlar göstərir ki, Eynulla Fətullayevə verilən məlumatlar həqiqətə uyğun deyil (azadliq.info).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər