Azərbaycan prezidenti: "Ölkəmizdə dini, milli zəmində heç bir problem yoxdur"
21-12-2017, 15:32
Oxunub: 4 080
“Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı böyük tədbirlər keçirilir. Ölkəmiz svilizasiyalararası dialoqda həmişə böyük rol oynayır".
Bolgexeber.com-un APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Azərbaycanda dini, milli zəmində heç bir problem yoxdur: “Dünyada dinlərarası dialoqun gücləndirilməsi vacibdir. Bununla bağlı Bakıdan dəfələrlə yüksək səviyyədə çağırışlar edilib. 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilib. Multikulturalizm ölkəmizdə dövlət siyasəti, eyni zamanda həyat tərzidir”.
Prezident İlham Əliyev qeyd edib ki, bu il Bakıda IV İslam Həmrəliyi Oyunları yüksək səviyyədə keçirilib: “Bu Oyunlarda 50-dən çox ölkədən 3 mindən çox idmançı, minlərlə qonaq iştirak etdi. Bu idman yarışı eyni zamanda dostluq və qardaşlıq bayramına çevrildi. Bundan əvvəl Bakı tarixdə ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi edib. Bu iki hadisə Azərbaycanın həm Avropa, həm də İslam aləmi ilə münasibətlərini göstərir. Bununla yanaşı, ölkəmiz sivilizasiyalar və mədəniyyətlərarası dialoqda oynadığı önəmli rolu nümayiş etdirir ”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər