Rəsul Quliyev müxalifəti yenə tənqid etdi
24-12-2012, 09:45
Oxunub: 4 798
“Artıq başqa işlərlə məşğul oluram, yəni daha təsirli qüvvələrlə iş görmək istəyirəm”
Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının lideri (ACP) Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlini sərt tənqid edib. İsa Qəmbərin vahid namizəd məsələsilə bağlı son çıxışına toxunan R.Quliyev AXCP və Müsavat funksionerləri arasında sosial şəbəkələrdə başlanan qarşıdurmalara və eləcə də əzəli müttəfiqlərin baş tutmayan planlarına dair suallarını cavablandırıb.
Eks-spiker prezident seçkilərində müxalifət liderlərinin, xüsusən də İsa Qəmbər və Əli Kərimlinin qalib gəlmək potensialının olmadığını deyib. R.Quliyev həmçinin qeyd edib ki, o, İctimai Palatada baş verən hadisələri ümumiyyətlə izləmir və bu onun diqqət mərkəzində deyil. “O qüvvələrin Azərbaycanın həyatında dəyişikliyə nail olmaq potensialı sıfıra yaxın bir səviyyədədir. Ona görə onların arasında və ya İctimai Palatada baş verənlər ümumiyyətlə mənim diqqət mərkəzimdə deyil. Yeganə arzum onların hamısını bir tavan altına toplamaq idi, o da alınmadığından artıq başqa işlərlə məşğul oluram, yəni daha təsirli qüvvələrlə iş görmək istəyirəm”.
R.Quliyev daha sonra bildirib ki, İsa Qəmbər və Əli Kərimlinin hansı məqsədə qulluq elədiklərini özlərindən başqa heç kim bilə bilməz. “Çünki normal məntiqlə iş görmürlər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər