Prezident sülhün şərtlərini açıqladı
25-12-2012, 08:25
Oxunub: 5 310
İlham Əliyev: “Status-kvonu dəyişmək üçün ilk növbədə Azərbaycan ərazilərini işğaldan azad etməyə başlamaq lazımdır”
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlara dair bu ilin yekunlarını mənfi qiymətləndirirəm”. Bolgexeber.com-un məlumatına görə, bunu “Rossiya 24” kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib. Onun sözlərinə görə, bu il danışıqlar prosesində durğunluq müşahidə olunub: “Biz buna əsas səbəb kimi Ermənistan tərəfinin bütün vasitələrlə status-kvo vəziyyətini saxlamaq cəhdlərində görürük. Onlar münaqişənin tənzimlənməsini istəmirlər. Çünki, tənzimləmə işğal olunmuş torpaqları azad etməyi tələb edir. Bu gün işğal altında təkcə Dağlıq Qarabağ deyil, muxtar vilayətə heç vaxt daxil olmayan 7 rayon da var. Bu rayonlarda erməni əhali heç vaxt yaşamayıb. Burada azərbaycanlılar yaşayıb, onlar öz yurdlarından qovulublar. Bu ərazilərin işğalına haqq qazandırmaqla Ermənistan vəziyyəti daha da çətinləşdirir. Ona görə də, status-kvo vəziyyətinin dəyişdirilməsi münaqişənin tənzimlənməsinin ilkin şərtidir. Mən ATƏT-in Minsk qrupu həmsədrlərinin “status-kvo qəbuledilməzdir” bəyanatını qeyd etmək istəyirəm. Status-kvonu dəyişmək üçün ilk növbədə Azərbaycan ərazilərini işğaldan azad etməyə başlamaq lazımdır. Əminəm ki, bu proses başlayan kimi, danışıqlar prosesində yeni təkan olacaq”.
Azərbaycan prezidenti münaqişənin həllində vasitəçilik edən ölkələrin aktiv fəaliyyət göstərəcəyinə ümid bəslədiyini söyləyib: “Bizi tez-tez tərəflər arasında etimadın yaranmasını istəməməkdə günahlandırmaq istəyirlər. Azərbaycanı cəbhə xəttində atəşkəs rejimini pozmaqda günahlandırmağa cəhd edirlər. Əvvəla, atəşkəs rejimi iki tərəfdən də pozulur. Əsas məsələ odur ki, vasitəçilər danışıqlar prosesinin məğzi - Azərbaycan torpaqlarının işğaldan azad olunması üzərində daha aktiv işləsinlər. Bu proses nə qədər çəkəcək, bunu demək mənim üçün çətindir. Hesab edirəm ki, status-kvonun saxlanması Azərbaycan üçün olmadığı qədər Ermənistan üçün təhlükəlidir. Regionda qüvvələr nisbəti, Azərbaycanın güclənməsi onu göstərir ki, 5-10 ildən sonra Ermənistanın vəziyyəti indikindən daha da ağır olacaq. Azərbaycanla düşmənçilik etmək və bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin və hansısa mənada təhlükəli olacaq. Əgər onlar Dağlıq Qarabağda yaşayanların orada sülh və təhlükəsiz şəraitdə yaşamağa davam etməsini istəyirlərsə, işğalçı qoşunları bizim ərazimizdən çıxarmağa başlamalıdırlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər