BolgeXeber.Com » Siyasət » Gülər Əhmədovanın ən yaxın rəfiqəsinə vəzifə verildi

Gülər Əhmədovanın ən yaxın rəfiqəsinə vəzifə verildi

7-01-2013, 14:25
Oxunub: 4 598 Mandat alveri ilə məşğul olanlar indi insan alveri qurbanlarına yardım göstərəcəklər

Sabiq millət vəkili, hazırda polis nəzarətində olan Gülər Əhmədovanın yaxın rəfiqəsinə vəzifə verilib. AzNews.az-a daxil olan məlumata görə, adı ictimaiyyətə yaxşı məlum olan Rüxsarə Axundova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin rəisi təyin edilib.
Qeyd edək ki, Rüsxarə Axundova Gülər Əhmədovanın yaxın rəfiqəsi kimi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesində tanındı. O, bir neçə dəfə məhkəməyə şahid qismində qatılaraq, G.Əhmədova ilə uzun illərdir ki, ailəvi dost olduğunu, uşaqlarının bir yerdə böyüdüyünü, bir sözlə, sirrlərinin-söhbətlərinin bir olduğunu demişdi. R.Axundova hətta ifadəsində Gülər Əhmədova ilə birlikdə Əvəz Zeynallı ilə görüşdüyünü də bildirmişdi: “Həmin gün Gülər Əhmədovanın vəziyyəti pis idi. Mənə dedi ki, bir jurnalist var, haqqımda nə isə yazmaq istəyir. Yanımda zəngləşib danışdılar. Sonra gedib Əvəz Zeynallı ilə görüşdük. Əvəz Zeynallı Gülər Əhmədovaya dedi ki, haqqınızda bu qədər məlumat yazıram, mənə diqqət mənə diqqət göstərmirsiniz”.

Maraqlısı budur ki, Rüxsarə Axundova ilə Gülər Əhmədovanın yaxın münasibətləri bu gün də davam edir. Hətta onun mərhum Sevinc Babayevanın oğlu ilə danışıqlar aparması barədə də mətbuatda məlumatlar dolaşır. Xəbərə görə, Gülər Əhmədova Sevinc Babayevanın oğlunu onun təsiri ilə sərt bəyanatlar verməkdən çəkindirmək istəyir. Yeri gəlimişkən, Rüxsarə Axundova Gülər Əhmədova ilə Sevinc Babayevanın ortaq rəfiqəsi olub.

Rüxsarə İsmayıl qızı Axundova 1959-cu ildə Lənkəran şəhərində anadan olub. Respublika Uşaq Təşkilatının sədr müavini işləməzdən öncə Suraxanı Mədəniyyət Evinin müdiri, sonra Nərimanov bələdiyyəsinin sədr müavini vəzifələrində çalışıb. Ailəlidir, iki övladı var.