Xamneyi: Yerli məhsullarımızı da "Real Madrid" kimi əziz tutun
22-03-2018, 15:13
Oxunub: 4 841
İranın Ali dini lideri Ayətullah Əli Xamneyi Məşhəd şəhərində Novruzla bağlı keçirilən el şənliyində xalqa müraciət edib
Oxu.Az-ın İran mətbuatına istinadən məlumatına görə, yeni ilin gəlişi və baharın müjdəçisi sayılan Novruz Bayramı münasibətilə keçirilən el şənliyində Xamneyi müraciətində ölkədə yaşanan iqtisadi problemlərin həllindən danışıb. Bildirib ki, bu problemlərin aradan qaldırılması üçün xalq yerli məhsullardan istifadə etməli və həmin məhsulları "Real Madrid" futbol klubuna dəstək verdikləri kimi dəstəkləməlidirlər:
"Hazırda İranda iqtisadi problemlər olduqca yüksək həddə çatıb. Bu problemlərin aradan qaldırılması üçün sizlərə səslənirəm. Bildirmək istəyirəm ki, bu durumun aradan qaldırılması üçün yerli məhsullardan istifadə etməyiniz məsləhətdir. İspaniyanın "Real Madrid" klubuna necə dəstək verirsinizsə, öz məhsullarımıza da o səviyyədə dəstək verin".
İranın Ali dini lideri həmçinin müraciətində qaçaqmalçılığın da ölkə iqtisadiyyatına zərbə vurduğunu və yerli sərmayənin xalq tərəfindən yüksək dəyərləndirilməsinin vacibliyini də vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər