Ruhani Azərbaycana gəlib
28-03-2018, 15:11
Oxunub: 4 104
Türkmənistanda rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani görüşlərini bitirərək Azərbaycanın paytaxtı Bakıya səfər edib
Bolgexeber.com xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərinə gedən Ruhani rəsmi təmaslarının ardından bu gün səhər Mərv şəhərində bəzi tarixi yerləri ziyarət edib.
Dünən Ruhaninin türkmən həmkarı ilə keçirdiyi təkbətək danışıqlar sonrası heyətlər arası görüşlər baş tutub və daha sonra İran və Türkmənistan arasında 13 əməkdaşlıq sazişi imzalanıb.
Prezident Ruhaninin Azərbaycan səfəri prezident İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşib.
H.Ruhanini Azərbaycanın rəsmi şəxsləri və Bakıdakı İran diplomatları qarşılayıb.
H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.
Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər