Qoşulmama Hərəkatının XİN rəhbərlərinin şərəfinə ziyafət verilib
6-04-2018, 11:10
Oxunub: 4 974
Bu gün Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilib
Bolgexeber.com-un xəbərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.
Birinci vitse-prezident çıxışında sivilizasiyalararası dialoqda oynadığı fəal rolu sayəsində Azərbaycanın bu gün dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanındığını qeyd edib.
Mehriban Əliyeva ölkəmizin dünyanın üzləşdiyi çox sayda ciddi problemləri müzakirə etmək üçün müxtəlif beynəlxalq tədbirlər təşkil etdiyini qeyd edib.
Azərbaycanın Birinci vitse-prezidenti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini tapmalı olduğunu qeyd edib.
Mehriban Əliyeva Azərbaycanın öz uğurlu inkişaf strategiyasını müəyyən etdiyini, ölkənin mühüm siyasi və iqtisadi islahatlar həyata keçirdiyini vurğulayıb.
Birinci vitse-prezident Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdüyünü xatırladaraq, ölkənin namizədliyinin dəstəklənəcəyinə ümidvar olduğunu bildirib.
Sonra Azərbaycanın “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı videoçarx nümayiş olunub.
Mərasim konsert proqramı ilə davam edib.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər