Rusiya “Telegram”ı bağlayır
7-04-2018, 10:52
Oxunub: 3 993
“Telegram” messencerinin yaradıcıları ilə Rusiya hökuməti arasında çəkişmələr davam edir.
Bolgexeber.com BBC-yə istinadən xəbər verir ki, Moskva sözü gedən proqramı ölkədə bloklamaq niyyətindədir.
Aprelin 6-da, “Roskomnadzor”un nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək, internet provayderlərinin istifadəçilərin “Telegram Messenger” informasiya resurslarına girişini məhdudlaşdırmasını tələb edib.
Buna səbəb şirkətin şəxsi ismarıcların deşifrələnməsinə imkan verən kodlaşma açarlarını Moskvaya təqdim etməkdən imtina etməsidir.
Rusiyanın Federal təhlükəsizlik xidməti, kodlaşma açarlarını dövlətə qarşı terror və cinayət əməlləri planlaşdıran şəxslərin yazışmalarını ələ keçirmək, terrorçuları ifşa etmək üçün istədiyini açıqlayıb.
Moskva sözügedən açarların təslim edilməsi üçün Dubayda qərarlaşan şirkətə aprelin 4-ə kimi vaxt vermişdi.
“Telegram” təsisçisi Pavel Durov hələ ötən ay, Moskvanın çağırışlarına rədd cavabı verərək, şirkətin hər zaman azadlıq və şəxsi məlumatların toxunulmazlığı prinsiplərinə sadiq qalacağını bildirmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər