“İstintaqçı” istintaqa çəkilir
16-01-2013, 11:35
Oxunub: 5 158
Rüstəm İbrahimbəyova qarşı cinayət işi qaldırıldı
Tanınmış dramaturq və rejissor Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Kinemotoqrafçılar Ittifaqına qarşı cinayət işi başlanıb. Hazırda bununla bağlı Vergilər Nazirliyinin Istintaq Idarəsində araşdırmalar gedir. Bu barədə “Azadlıq”a daxil olan məlumatı Kinemotoqrafçılar Ittifaqının katibi Rasim Balayev da təsdiqləyib. O bildirib ki, Kinemotoqrafçılar Ittifaqına qarşı təxminən 30 min manat vergidən yayınma ilə bağlı ittiham irəli sürülüb.
“Deyilənə görə, biz festival zamanı nəyəsə görə təxminən 30 min manat civarında pul ödəməliymişik. Biz də izah elədik ki, bundan xəbərsiz olmuşuq. Yazılı şəkildə bildirdik ki, ödəməkdən boyun qaçırmırıq, imkan olan kimi ödəyəcəyik”, - deyə Rasim Balayev bildirib.
Görünür, Kinemotoqrafçılar Ittifaqının yazılı müraciətinə məhəl qoyulmayıb. Məlumata görə, Ittifaqın əməkdaşları istintaqa dəvət olunaraq dindirilir. Bu xəbəri də təsdiqləyən Rasim Balayev əlavə edib ki, onun özünü də istintaqa çağırıblar: “Amma hələ getməmişəm”.
Xatırladaq ki, Rüstəm Ibrahimbəyovun hökuməti tənqid edən çıxışlarından sonra onun rəhbərlik etdiyi quruma Kinemotoqrafçılar Ittifaqına alternativ qurum yaradıldı. Azərbaycan Respublikası Kinemotoqrafçılar Ittifaqı adlanan bu yeni quruma rəhbərlik etmək isə xalq artisti Şəfiqə Məmmədovaya həvalə olundu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər