Nazirlər Kabineti ləğv edilmir - deputat
16-04-2018, 16:28
Oxunub: 4 413
Bugünkü dövlət idarəetmə sistemində hər hansı bir paralellik, təkrarçılıq yoxdur.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə ölkə prezidenti tərəfindən hökumətin istefaya göndərilərək, Nazirlər Kabinetinin yerindən formalaşdırılacağı məsələsinə, eyni zamanda, 2016-cı ilin sentyabr referendumundan sonra baş nazirlik (və müavinləri - red.) institutunun - təsisatının vitse-prezidentlik institutuna transformasiya olunacağı yöndə səslənən iddiaların hələ də iddia olaraq qalmasına münasibətini bildirərkən deyib.
A.Mirzəzadənin sözlərinə görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ölkə əhalisinin sayının artması və beynəlxalq aləmdə Azərbaycanın inteqrasiya olunduğu məsələlərin çoxluğu ilə bağlıdır.
O bildirib ki, birinci vitse-prezident statusuna görə prezidentlə birbaşa təmasda olan və onun tapşırıqlarına əsasən, bu və ya digər sahəni kurasiya edən bir təsisatdır - şəxsdir.
“Eyni zamanda, Konstitusiyamızda bu gün əvvəlki kimi Nazirlər Kabineti, baş nazir və müavinləri, hökumət üzvləri statusları var və prezidentin gözlənilən inauqurasiya mərasimindən sonra hökumət istefaya gedəcək, prezident hökuməti yenidən təşkil edəcək.
Yəni, burada hər hansı bir yenilikdən, Nazirlər Kabinetinin ləğvindən söhbət gedə bilməz”, - deyə millət vəkili əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər