Gənclər Hadı Rəcəbliyə 3 gün vaxt verdi
1-02-2013, 12:05
Oxunub: 6 916
Deputatdan üzr istəməsi tələb olunur

Facebook sosial şəbəkəsində deputat Hadı Rəcəbliyə qarşı kampaniya başlanıb.Bu barədə məlumatı Avropada mühacirətdə olan Həbib Müntəzir öz Facebook səhifəsində məlumat yayıb: «AzTV-də müxalif gəncləri təhqir edən Hacı Rəcəbliyə qarşı kampaniyaya başlayırıq. Millət vəkili Hacı Rəcəbliyə 3 gün vaxt veririk. Bu müddətin tamamında üzr istəməsə, onun teləfon nömrəsini yayıb SMS kampaniyasına başlayacağıq».
Millət vəkilləri Hadi Rəcəbli, Ziyad Səmədzadə, Mübariz Qurbanlı və Tələbə Gənclər Təşkilatları İttifaqlarının sədri Şahin İsmayılovun iştirak etdiyi AZTV-nin «Günün Nəbzi» proqramında mikrofon açıq qaldığından deputatlardan birinin gənclər haqqında işlətdiyi təhqiramiz ifadə efirə gedib.
Həmin ifadənin kim tərəfindən deyildiyi dəqiq bilinmirdi. Sosial şəbəkələrdə və mətbuatda YAP-çı deputat Mübariz Qurbanlının adı hallanırdı. Amma Mübariz Qurbanlı mətbuata müsahibəsində bunu təkzib etmişdi.
İsmayıılı hadisələri zamanı «Günün Nəbzi» proqramının aparıcısı ilə söhbətdə Mübariz Qurbanlının dediyindən isə belə çıxır ki, AzTV-nin canlı yayımında söyüş söyən deputat Hadı Rəcəbli olub.
«Yeni Müsavat» müxbirinin çəkdiyi videoda İbrahim Məmmədli Mübariz Qurbanlını efirə dəvət edir, deputat razılaşır, amma zarafatla «intəhası mikrofonları bağla, Hadı müəllim söyüş söyəndir»deyir.
Hələki millət vəkili Hadı Rəcəblinin bu məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər