Bu gün AŞPA-nın yay sessiyası işə başlayır
25-06-2018, 10:05
Oxunub: 3 808
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.
Bolgexeber.com-un xəbərinə görə, 25-29 iyun tarixlərində davam edəcək sessiya çərçivəsində Hüquqi məsələlər və insan haqları komitəsində "Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq.
Monitorinq komitəsinin iyunun 26-da keçiriləcək iclasında isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yerinə qurumun Serbiya üzrə həmməruzəçi təyin olunacaq.
Bundan başqa, sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Riçard Badea seçkilərə dair hesabatını təqdim edəcək. Həmçinin yay sessiyası zamanı AŞPA yeni prezident seçəcək. Sessiyada Xorvatiya, Slovakiya baş nazirlərinin və Lüksemburqun xarici işlər nazirinin çıxışı da gözlənilir.
Suriyanın qonşu ölkələrində qaçqınların humanitar vəziyyəti, Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması, bu ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, iqtisadiyyatda qadınların bilik və bacarıqlarının artırılması, Mədəni irs abidələrinin qanunsuz satışı və dağıdılması mövzuları ətrafında da müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-nın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat da sessiyada iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdədir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər