Bu gün Fətullah Gülənin taleyi həll olunacaq
13-07-2018, 13:19
Oxunub: 4 085
Türkiyə ilə ABŞ rəsmiləri bu gün Ankarada Xarici İşlər Nazirliyində bir araya gələcək.
Görüşdə FETÖ terror təşkilatının rəhbəri, Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş Fətullah Gülənin ekstradisiyası məsələsinin ilkin müzakirələri aparılacaq.
Həmçinin, FETÖ terror təşkilatı ilə mübarizə, iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq və hər iki ölkədə həbs edilən Türkiyə və ABŞ vətəndaşlarının taleyi masaya yatırılacaq.
Toplantıda Türkiyə ilə ABŞ-ın Ədliyyə, Daxili və Xarici İşlər nazirliklərinin səlahiyyətli nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, toplantının keçirilməsi ABŞ-ın keçmiş dövlət katibi Reks Tillersonun 16 fevral tarixində Türkiyəyə səfəri zamanı görüş ayrılıqlarını ortadan qaldırmaq, qarşılıqlı güvənin yenidən təmin edilməsi məqsədilə qərara alınmışdı. Bu çərçivədə təşkil edilən 3 işçi qrupundan birinin fəaliyyətini FETÖ, konsulluq, viza, hüquqi mövzular və ABŞ-ın Türkiyədə həbs edilən vətəndaşların taleyi əhatə edir.(publika.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər