İlham Əliyevin Rusiya səfərinin vaxtı müəyyənləşdi
25-07-2018, 18:10
Oxunub: 3 508
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiyaya rəsmi səfərə gedəcək. Bununla bağlı Rusiya İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.
Bolgexeber.com xəbər verir ki, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Moskvada Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının həmsədri, Rusiya Federasiyasının iqtisadi inkişaf nazirilə görüşüb.
“Görüş zamanı ikitərəfli tədbirlərin gündəliyi haqqında fikir mübadiləsi aparılıb. 2018-ci ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri olacaq. Görüş iştirakçıları səfər zamanı imzalanması planlaşdırılan sənədlər paketini müzakirə ediblər”, - informasiyada deyilir.
Bundan başqa, tərəflər sentyabrda Gəncədə 9-cu Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsini müzakirə ediblər. Hazırda tədbirin proqramı formalaşır və onun keçirilmə tarixi müəyyənləşdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər