Tramp jurnalisti mətbuat konfransından qovdu
27-07-2018, 14:22
Oxunub: 3 437
CNN televiziyasının "Ağ ev" müxbirlərindən olan Keytlan Kollins ABŞ prezidenti Donald Trampın onun mətbuat konfransına buraxılmaması barədə göstəriş verdiyini iddia edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb jurnalistin ona Rusiya prezidenti Vladimir Putinlə görüşünün ertələnməsi və porno ulduz Karen MkDouqala ödəniş etməsi ilə bağlı yayılan səs yazıları haqda təkidlə suallar ünvanlaması olub.
Tramp jurnalistin suallarını uyğunsuz hesab etdiyindən cavab verməyib.
"Ağ ev" sözçüsü Sara Anders də sözügedən iddianı təsdiq edərək, jurnalistin uyğun olmayan suallar verməsi səbəbindən "Rose Garden"də keçiriləcək mətbuat konfransına qatılmasına icazə verilmədiyini qeyd edib. Lakin o, CNN-dən digər müxbirlərin konfransda iştirak edə biləcəyini də sözlərinə əlavə edib.
CNN telekanalı isə sözçünün açıqlamasını qınayaraq, bunun söz və ifadə azadlığına zidd davranış olduğunu açıqlayıb:
"Bir media nümayəndəsinin mətbuat konfransına girişini əngəlləmək media azadlığına ziddir. Daha yaxşısına layiqik".
Trampın ən çox bəyəndiyi "Fox News" kanalı da sözügedən məsələdə CNN və Kollinsin yanında yer alıb və müxbirin mətbuat konfransına qatılma haqqının olduğunu ifadə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər