BolgeXeber.Com » Siyasət » Deputat istefaya getməli olan məmurlarla bağlı ünvan göstərdi

Deputat istefaya getməli olan məmurlarla bağlı ünvan göstərdi

15-02-2013, 11:40
Oxunub: 3 493 Deputat əvvəlcə onu bildirdi ki, I.Əliyevin bu çıxışı hökumətin gələcək dövr siyasətinin anonsu olub: “Əminəm ki, bundan sonra konkret qərarlar olacaq. Bu, həm də mənim arzumdur. Dövlətin apardığı siyasətə xələl gətirən tendensiyaları, problemləri açıq şəkildə göstərməyi bacarmalıyıq. Illərdir parlamentdə qaldırdığımız problemlər həllini tapmırsa, bu o deməkdir ki, dövlət həmin cinahdan zərbə alır. O yerlərdə məmur özbaşınalığı da tüğyan edəcək, əliəyrilik də. Bununla da dövlətin həmin cinahdakı gücü sarsılmış olacaq. Hazırda həlli vacib olan əsas məsələlər mülkiyyət hüququnun müqəddəs dəyərə çevrilməsi, məmur hesabatlılığını, şəffaflığı təmin etməkdir. Məmurun vətəndaşlar üzərində öz şəxsi planlarını həyata keçirməsi yolverilməzdir. O, kürsüdə bu cansız əşya onun bədəninin bir hissəsinə çevrilənə qədər oturmamalıdır. Bu zaman problemlər yaranır və dövlətin nüfuzuna xələl gəlir. Belə məmurların özlərində cəsarət tapıb istefa vermələri daha məqsədəuyğundur”.

Z.Oruc bizimlə söhbətində istefaya getməli olan məmurlarla bağlı ünvan da göstərdi: “Təhsil sferasında da problemlərimiz yetərincədir. Təhsil kütləvi həyatı əhatə edən sahədir. Müxtəlif islahatlara baxmayaraq, təhsil kontingentinin yüksək həyat şəraitinə nail ola bilməmişik. Həmçinin bu sistemdə kifayət qədər başqa problemlər də var. Paralel olaraq işə qəbulda, sahibkarlıq fəaliyyətində xeyli sayda qüsurlar və narahatlıqlar var. Mülkiyyət münasibətlərində məmur özbaşınalığı xeyli dərəcədə özünü göstərib. Bu gün bir qurumun verdiyi sənəd sabah tanınmır, sanki qeyri-qanuni sayılır ki, bu da böyük problemdir. Vətəndaşın üzərinə ekskavatorla getmək dövlətin siyasəti deyil. Hüquqların təminatına münasibəti də biz ali bir dəyərə çevirə bilməmişik”. /azadliq.info/