28 bələdiyyənin fəaliyyətində qanun pozuntusu aşkarlanıb
15-02-2013, 12:30
Oxunub: 5 281
Azərbaycanda 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb.
APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Məlumata görə, ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi məruzədə bildirilir ki, 2012-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52 min 370 bələdiyyə aktı daxil olub. Bu, 2011-ci illə müqayisədə 64 faiz çoxdur. Təqdim olunmuş bələdiyyə aktlarına baxılaraq onların normativ hüquqi aktlara uyğunluğu öyrənilib. Bunlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilib və onların qanuna uyğunlaşdırılması üçün bələdiyyələrə təkliflər göndərilib. Bələdiyyələr tərəfindən bu təkliflər qəbul olunub, 5 aktla bağlı məhkəmələrdə iddia qaldırılıb, onlardan 4-ü təmin edilib.
Həyata keçirilən tədbirlər nəticəsində il ərzində 8 min 970,47 hektar torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub. İnzibati nəzarət tədbirləri nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanaraq toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
İl ərzində bələdiyyələr üçün müxtəlif məsələlər üzrə 13 metodik vəsait hazırlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər