"Camaati incitməyin!"
15-02-2013, 19:25
Oxunub: 5 817
İsmayıllı rayonun yeni icra başçısı Mirdaməd Sadıqov bu gün İcra Hakimiyyətində ilk iclasını keçirib.
Rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, Mirdaməd Sadıqov iclasda icra başçısının müavinlərinə, idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.
O, rəhbər şəxslərə İsmayıllı sakinləri ilə normal ünsiyyətdə olmağı, onların problemləri və müraciətlər ilə ciddi məşğul olmağı tapşırıb. İcra başçısı deyib ki, rəhbər şəxslər camaatı incitməsinlər...
Görüş bir neçə dəqiqə bundan öncə başa çatıb.
Modern.az saytı yeni icra başçısının özü ilə əlaqə saxlamağa müvəffəq olub. Mirdamət Sadıqov əməkdaşımıza qısaca olaraq “mən hələ işə bu gün başlamışam, ona görə də heç nə deyə bilmərəm, bir müddət keçsin sonra” deyə cavab verib.
Qeyd edək ki, Aqrar Universitetin rektoru olan Mirdaməd Sadıqov Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı sərəncamla İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər