Duterte “fahişənin oğlu” adlandırdığı Obamadan üzr istədi
3-09-2018, 12:06
Oxunub: 4 073
Filippin prezidenti Rodriqo Duterte ABŞ-ın sabiq lideri Barak Obamanın ünvanına əvvəllər söylədiyi sözlərə görə üzr istəyib.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, R.Duterte bu barədə Qüdsə səfəri çərçivəsində Filippin icması ilə görüşündə bildirib.
“Mən onun haqqında danışdıqlarıma görə üzr istəyirəm. Barak Obamanı narkotik maddələrin dövriyyəsi ilə məşğul olanlarla bizim hökumətin mübarizəsi barədə dediklərinə görə bağışlayıram”, - deyə R.Duterte vurğulayıb.
Bununla yanaşı, Filippin lideri hesab edir ki, ABŞ-ın sabiq prezidenti Ağ Evin indiki sahibi ilə müqayisədə daha soyuq personaj idi:
“Donald Tramp mənim böyük dostumdur və biz onunla bir mövqedəyik”.
Filippin lideri Manilanın narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olanlara qarşı mövqeyini dəfələrlə tənqid edən ABŞ-ın sabiq prezidenti barədə kəskin ifadələr işlətməsi ilə məşhurdur.
2016-cı ilin sentyabrında o, B.Obama barədə təhqiredici ifadə işlədərək, bir neçə gündən sonra Laosda keçiriləcək ABŞ-ASEAN sammiti çərçivəsində görüşləri zamanı onun ünvanına daha kəskin ifadələr səsləndirəcəyini bildirmişdi.
Bundan sonra ABŞ administrasiyası iki liderin əvvəlcədən planlaşdırılan görüşünü ləğv etmişdi.
Qeyd edək ki, ötən il Filippin prezidenti Rodriqo Duterte amerikalı həmkarı Barak Obamanı “fahişənin oğlu” oğlu adlandırmış və ona insan haqlarına riayət edilməsinə dair bəyanatları ilə Filippinə ilişməməyi məsləhət görmüşdü.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər