Deputatı öldürüb betonqarışdıran maşına atıblar
18-02-2013, 16:25
Oxunub: 6 402
Rusiyada millət vəkilinin meyiti betonqarışdıran maşının çəlləyindən tapılıb. Bölgexeber.com-un Apa-ya istinadən verdiyi məlumata görə, Lipetsk şəhər sovetinin deputatı Mixail Paxomovun cəsədi Podmoskoviya ərazisində beton çəlləyindən aşkar edilib. Rusiya Təhqiqat Komitəsinin yaydığı məlumatda cəsədin Podmoskoviyanın Noqinsk rayonunun Obuxovo qəsəbəsində tapıldığı bildirilib.
Məlumatda cəsədin aşkar olunduğu betonqarışdıran maşının yeraltı qarajda saxlanıldığı da bildirilib. Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.
İlkin araşdırmalara görə, M. Paxomov sonuncu dəfə fevralın 12-də Lipetskin cənubi-qərb vilayətində görülüb. Daha sonra Podmoskoviya ərazisində polislər millət vəkilinə məxsus şəxsi əşyaların aşkar olunduğu avtomobili saxlayıblar. M. Paxomovun oğurlanaraq qətlə yetirilməsinə görə 5 nəfər həbs olunub.
Qətlin sifarişçisi kimi Podmoskoviya hökumətinin mənzil kommunal təsərrüfatı üzrə nazir müavini Yevgeni Xartunovun adı hallanır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər