Gülər Əhmədova təcridxanada qalmaqal yaradıb
20-02-2013, 18:15
Oxunub: 5 296
Sabiq YAP-çı deputat Gülər Əhmədovanın Penitensiar Xidmətin xəstəxanasına köçürülməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb. G.Əhmədova hazırda 2 saylı Bakı İstintaq Təcridxanasında (BİT) 2 nəfərlik kamerada tək saxlanılır. Bu haqda məlumat verən etibarlı mənbə bildirib ki, G.Əhmədova qaldığı kamerada səs-küy salır, insanları səhərədək yatmağa qoymur və israrla vəziyyətinin ağır olduğunu deyir. Dəfələrlə çağırışa gələn həkimlər onun təzyiqinin normal olduğunu, sağlamlığında heç bir problem olmadığını və bu qədər səs-küy salmaq üçün heç bir əsas olmadığını deyirlər. G.Əhmədovanı dinləməyən həkimlər onun söylədikləri şantaj xarakterli ittihamlara da heç bir əhəmiyyət vermirlər. Onlar G.Əhmədovanın sağlam olduğunu bildirirlər: “G.Əhmədova BİT-ə təyin olunmuş yeni rəis Azər Seyidovun qəbulunda olub və dərhal “sançast”a köçürülməsini tələb edib. O, 15 il deputat olduğunu və buna görə də xüsusi imtiyazlarının olmasını səbəb göstərməyə çalışıb. Lakin təqsirləndirilən şəxslərin heç biri üçün xüsusi imtiyaz tanımayan A.Seyidov G.Əhmədovanın hədələrinə heç bir reaksiya verməyib və onu hamı kimi BİT-nın daxili qaydalarına riayət etməyə çağırıb”. Ümumiyyətlə, G.Əhmədovanın xəstəxanaya köçürülməyinin də mümkünsüzlüyü ortaya çıxıb. Belə ki, G.Əhmədovanın təqsirləndirilən şəxs olaraq xəstəxanada saxlanılması qanunauyğun hesab edilməyib. BİT-in tibb məntəqəsinə gəlincə isə, orada əsasən “imkanlı kişilər” saxlanıldığından G.Əhmədovanın bir qadın olaraq ora gətirilməsinə ciddi etiraz olunub.
Mənbə onu da bildirib ki, G.Əhmədova “sançast”a köçürüldüyü təqdirdə bunun siyasi sifarişlə həyata keçirilməsi öz təsdiqini tapacaq: “Bu adam sağlamdır. Əgər son bir neçə gündə mətbuatın əli ilə onun xəstə olduğu xəbərini yayırlarsa, deməli, müəyyən qüvvələr G.Əhmədovanın saxlanma şəraitinin yaxşılaşdırılması üçün həm də ictimai rəyi hazırlayırlar”,- deyə mənbə vurğulayıb. bizimyolinfo.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər