Boliviya prezidenti: "ABŞ dünyanın və insan haqlarının düşmənidir"
24-10-2018, 10:29
Oxunub: 4 438
Boliviya prezidenti Evo Morales Vaşinqtonun orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair razılaşmadan çıxmaq istəməsi səbəbindən ABŞ-ı dünya üçün təhlükə adlandırıb
“Report” xəbər verir ki, prezident bunu öz "Twitter" səhifəsində yazıb.
"Tramp minlərlə mərkəzi amerikalı miqranta qarşı Meksika ilə sərhədə qoşun göndərəcəyi ilə hədələyir, Rusiya ilə orta hərəkət radiuslu nüvə qüvvələri üzrə sazişdən çıxacağını elan edir. ABŞ dünyanın və insan haqlarının düşmənidir", - deyə Morales bildirib.
Siyasətçi bunu Trampın Meksika ilə sərhədə miqrantlara qarşı qoşun göndərəcəyinə dair bəyanatına cavab olaraq deyib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo Hondurasdan Meksika ərazisi ilə ABŞ istiqamətində hərəkətdə olan qanunsuz miqrant karvanının heç bir halda Birləşmiş Ştatlara buraxılmayacağını bəyan edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər