Azərbaycan Fransaya etiraz notası təqdim edib
17-11-2018, 14:59
Oxunub: 3 477
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.
“Bu barədə artıq XİN qəti və konkret açıqlama verib. Azərbaycan Fransanın – BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədri qismində çıxış edən bir ölkənin işgalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir. Və fikirləşirik ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsiz mövqeyini ciddi şübhə altına alır. Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub”, – Leyla Abdullayeva deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər