Bu gün Argentinada "Böyük iyirmiliyin" sammiti başlayır
30-11-2018, 10:18
Oxunub: 3 561
Bu gün Argentinanın paytaxtı Buenos-Ayresdə "Böyük iyirmilik" (G-20) ölkələrinin liderlərinin sammiti işə başlayacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, zirvə görüşü dekabrın 1-də başa çatacaq.
Ötən ilin dekabr ayında G-20-də sədrliyi qəbul edən Argentina Prezidenti Maurisio Makri prioritet məsələlər kimi gələcəkdə iş yerləri və məşğulluq, inkişaf üçün infrastruktur və qida sektorunda davamlı gələcək mövzularını fərqləndirib.
Sammitdə G-20 liderləri bir sıra ikitərəfli görüşlər keçirəcəklər. Ən çox diqqət çəkən görüşlərdən biri ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında olacaq.
Sammit günlərində asayişi, təqribən, 22 min argentinalı hüquq-mühafizə orqanı əməkdaşı qoruyacaq. Sammitin keçiriləcəyi "Costa Salguero" sərgi mərkəzinin ətrafındakı və nümayəndə heyətlərinin üzvlərinin qalacağı hotellərin olduğu ərazilər iki gün ərzində həm avtomobil, həm də piyadalar üçün bağll olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər