"Rusiyanın Ukraynaya hücumu cəzasız qalmamalıdır" - Poroşenko
6-12-2018, 16:52
Oxunub: 4 219
Ukrayna prezidenti Petro Poroşenko "New York Times" üçün məqalə qələmə alıb.
Open.az "AA"ya istinadən xəbər verir ki, Poroşenko məqalədə Rusiyanın Ukraynaya hücum etməsinin cəzasız qalmaması lazım olduğunu bildirib.
Ukrayna prezidenti Rusiyanın 2014-cü ildən bu yana Qara Dənizdə, Azov Dənizində mütəmadi şəkildə beynəlxalq müqavilələri pozduğunu, ölkəsinin enerji və dəniz məhsullarını oğurladığını, ukraynalıların dolanışıq mənbələrinə zərər verdiyini, dəniz nəqliyyatını və limanlarında ticarətə mane olduğunu vurğulayıb.
O, noyabrın 25-də Rusiyanın Ukrayna döyüş gəmilərinə atəş açması ilə Moskva rəhbərliyinin bu vəziyyəti zirvəyə daşıdığını qeyd edib: "Moskva 2014-cü ildə Krımda etdiyi kimi, "kiçik yaşıl adamların" və ya həmin il Ukraynanın şərqində ədavətlər ortaya çıxanda iddia etdiyi kimi yoldakı əsgərlərinin arxasında gizlənmədi. Moskva bu dəfə dünyanı aldatmağa belə çalışmadı".
Poroşenko Ukrayna əsgərlərinin və gəmilərinin hələ də Rusiyanın əlində olduğunu söyləyib: "Rusiyanın məqsədi məlumdur. Əmlakın və torpağın zorla ələ keçirildiyi bir dövrə qayıtmaq istəyir. Bu istəyinə Ukrayna ilə başlayır və demokratik dünyanın icazə verəcəyi qədər qərbə yönəlməyə davam edir. Demokratik ölkələr indi seçim etmək məcburiyyətindədirlər. Ya doğru olan üçün ayağa qalxmalı, ya da Rusiya prezidenti Vladimir Putinin könlünü almağa davam etməlidirlər... Tarixdən öyrəndiyimiz kimi, bu könül almaların ölümcül nəticələri olur".
Ukrayna lideri ABŞ prezidenti Donald Trampın G20 sammitində Putin ilə görüşünü ləğv edərək əsl liderlik göstərdiyinə işarə edərək, Ukraynanın Ağ Ev və ABŞ Konqresindən konkret dəstək görməsini məmnuniyyətlə qarşıladıqlarını qeyd edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər